Rusiyanın paytaxtı Moskvada dəhşətli hadisə baş verib.
Aktual.az qafqazinfo-ya istinadən xəbər verir ki, kişilərdən ibarət qrup Moskvada evin zirzəmisində qadını zorlayıb.
İlkin məlumata görə, naməlum şəxslər 49 yaşlı qadına güc tətbiq edərək evin zirzəmisinə sürükləyiblər. Orada qadını armaturla qorxudaraq ona təcavüz ediblər.
Faktla bağlı artıq 5 nəfər saxlanılıb. Onların Qırğızıstan vətəndaşları olduğu bildirilir.