Bir neçə növ cinayət əməllərinə görə tutulmuş şəxsin evlərdən oğurluq etməsi də müəyyən olunub.
Aktual.az xəbər verir ki, Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, avqustun 19-da narkotik vasitə, saxta pul və quldurluq etdiyinə görə tutulmuş Bəxtiyar Məmmədovun ətrafında Baş Cinayət-Axtarış İdarəsi və Gəncə ŞBPİ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə, onun Hicran Namazova, habelə iyun-iyul aylarında şəhər sakinləri Firdovsi Əliyevə, İlqar Səfərova, Qabil Bayramova və Dürdanə Zalovaya məxsus evlərdən pul, qızıl və məişət əşyaları oğurlaması da müəyyən edilib.