Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və İran lavaşla bağlı YUNESKO-ya birlikdə etiraz müraciəti ünvanlayıb.
Aktual.az AzVision.az istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Məlumata əsasən müraciətlə bağlı yekun qərar 2016-cı il noyabrın 28-dən dekabrın 2-si tarixlərində Efiopiyada YUNESKO-nun qeyri-mədəni irsə dair Hökumətlərarası Komitəsinin 11-ci Toplantısında qəbul ediləcək.
Xatırladaq ki, BMT-nin bu qurumu lavaşı "Erməni çörəyi" kimi qeydiyyatdan keçirib. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və İranın birgə müraciətində lavaşın ermənilərə aidiyyəti olmadığı vurğulanıb.