5-ci mərtəbədən yıxılan uşaq necə xilas oldu?

5-ci mərtəbədən yıxılan uşaq necə xilas oldu?

Sumqayıt şəhərində 5-ci mərtəbədən yıxılan uşaq sağ qalıb.

Aktual.az APA -ya istinadən  bildirir ki, avqustun 25-də Sumqayıt şəhərində 4 yaşlı Cavid Əlizadə evlərinin eyvanından (5-ci mərtəbədən) yıxılaraq 3-cü mərtəbədəki paltar sərilən zivəyə ilişərək asılı qalıb. Uşaq xilas edilərək xəstəxanaya yerləşdirilib.

Milli.Az bildirir ki, elə həmin gün yayılan xəbərlərdə 5-ci mərtəbədən yıxılan 4 yaşlı Cavidi Təcili Tibbi Yardım stansiyasının həkimi Çiçək Cahangirovanın göydə tutduğu qeyd edilirdi. Ona uşağın həyatını xilas etdiyinə görə millət vəkili Aydın Mirzəzadə zəng vurub təşəkkür etmiş, bir dəstə gül göndərmişdi. 

Xəbər 544 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR