Saxta sənədlərlə Rusiya paytaxtı Moskvadan Norilsk şəhərinə gedən 5 Azərbaycan vətəndaşı hava limanında saxlanılıb.
Aktual.az APA-ya istinadən xəbər verir ki, onlar sənədlərin yoxlanılması zamanı "Xarici vətəndaşın Norilsk şəhəri və Taymır Dolqano-Nenetsk bələdiyyə rayonu ərazisinə girişinə razılıq" sənədi göstəriblər. Lakin sənədlər polisdə şübhə oyadıb. Ekspertlər sənədlərin saxta olduğunu təsdiq ediblər.
Saxta sənədin istifadəsinə görə Azərbaycan vətəndaşlarına qarşı cinayət işi başlanıb. Onları 80 min rubl (təxminən 1200 manat) dəyərində cərimə və ya 2 il müddətinə icbari iş, yaxud 3 ildən 6 aya kimi həbs cəzası gözləyir.