5 aylıq hamilə müğənni MTN-lə əlaqələrindən danışdı

5 aylıq hamilə müğənni MTN-lə əlaqələrindən danışdı

Şəxsi həyatı müzakirə olunan tanınmış müğənni Şəbnəm Tovuzlu (Əsədova) onun barədə yalan informasiya yayanlara cavab verib:

Aktual.az primetime.az-a istinadən xəbər verir ki, müğənni bunları deyib:
 
"Reytinq qazanmaq naminə kimlərsə adımdan istifadə edir. Bugündən etibarən heç bir jurnalistin telefon zənginə cavab vermirəm. Onsuz da düz söz desəm belə inanmırlar. Gözəl ailəm və həyatım var. Özəllərim mənə məxsusdur. Bunu hər kəs bilsin. Əsası olmayan şayiələrdən cana doymuşam. Biz suveren dövlətdə yaşayırıq.Və qanundan heç kim yan qaça bilməz. Barəmdə yalan uydurub, şər-böhtan yazanlar Allah-Təaladan qorxsunlar. Sosial şəbəkələrdə məni təhqir edənlərə də deyirəm ki, bətnimdə daşıdığım övladım halallıqla dünyaya gələcək, atası da yanımdadır. Tərbiyəmə sığınaraq həftələrlə susurdum. Amma susmağın da bir həddi var. Ucuz reytinqə görə hər şeyə əl atırlar. Onlar cəzasız qalmayacaq. Hamilə vəziyyətimdə mənə stress yaşadanları Allaha tapşırıram..." 
 
Aktual.az
 

Xəbər 8541 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR