1 yer uğrunda 6 namizəd...
Deputatlığa namizədliyi qeydə alınan 1246 nəfərdən 477 nəfəri seçkidə iştirakdan imtina edib.
Aktual.az-ın məlumatına görə, Milli Məclisə noyabrın 1-ə təyin edilmiş seçkilərində 769 deputatlığa namizəd mübarizə aparacaq.
Bu isə o deməkdir ki, Milli Məclisdə 125 yer uğrunda 769 nəfər, başqa sözlə, 1 yer uğrunda isə 6 nəfər mübarizə aparacaq.