47 min şagirddən 96-sı yüksək bal toplayıb

47 min şagirddən 96-sı yüksək bal toplayıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının iyunun 21-də keçirdiyi buraxılış imtahanlarının 9-cu sinif üzrə iştirakı nəzərdə tutulan 26 072 şagirddən 969 nəfəri imtahana gəlməyib.

TQDK-dan  verilən xəbərə görə, 4 nəfər qaydaları pozduğu üçün imtahandan xaric edilib və nəticələri ləğv olunub. Onlar imtahan binasına mobil telefon keçirtməyə, sual kitabçaları və cavab kartlarının dəyişdirilməyə, nizam-intizam qaydalarının pozmağa cəhd göstəriblər. 

Bir nəfər isə cavab kartını imtahan binasından çıxartmaq istəyib. İştirakçılardan 37 nəfəri maksimum nəticə göstərərək 60 bal toplayıb.

XI sinif üzrə imtahanda iştirakı nəzərdə tutulan 21 188 şagirddən 753 nəfəri imtahana gəlməyib. 30 nəfər qaydaları pozduğu üçün imtahandan xaric edilib.

Onlar imtahan binasına mobil telefon keçirtməyə, sual kitabçaları və cavab kartlarının dəyişdirməyə cəhd ediblər, nizam-intizam qaydalarını pozublar. İştirakçılardan 59 nəfəri maksimum nəticə göstərərək 90 bal toplayıb.

Xəbər 596 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR