Şəkidə 46 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
Aktual.az xəbər verir ki, Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə bu gün saat 17 radələrində rayonun Cumakənd kəndində qeydə alınıb. Cumakənd kənd sakini, 1969-cu il təvəllüdlü Sadıq Mirzəli oğlu Məmmədovu yaşadığı ünvanda elektrik cərəyanı vurub. Nəticədə Sadıq Məmmədov yerindəcə ölüb.
Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır.