Bakıda 42 yaşlı kişi bıçaqlanıb.
"Report"un xəbərinə görə, hadisə Nizami rayonunda qeydə alınıb.
Belə ki, 8-ci kilometr qəsəbəsinin yaxınlığındakı körpünün altında 1975-ci il təvəllüdlü Rəhimov Samir Zahid oğlu tanımadığı şəxsin hücumuna məruz qalıb. Onunla əlbəyaxa olan naməlum şəxs S.Rəhimova iki bıçaq zərbəsi vuraraq qaçıb. S.Rəhimov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
Aktual.az
Xəbər 557 dəfə oxunub.