Çinin "Quançjou Everqrand" klubu kolimbiyalı futbolçusu Cekson Martinezlə müqaviləni ləğv edib.
Aktual.az xəbər verir ki, komanda yeni mövsüm üçün tərtib etdiyi siyahıya Martinezi daxil etməyib. 31 yaşlı futbolçuya azad agent statusu verilib.
Qeyd edək ki, "Quançjou Everqrand" Cekson Martinezi 2016-cı ildə "Atletiko Madrid"dən 42 milyon avroya transfer edib. Kolumbiyalı forvard zədə səbəbindən Çin təmsilçisində iki il ərzində 15 rəsmi matçda iştirak edib və 4 qol 2 məhsuldar ötürmə ilə yadda qalıb. (publika.az)
Xəbər 455 dəfə oxunub.