Bu gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Biləsuvar rayon Sosial Müdafiə Fondu yanında Tibbi Komissiya (VTK) sədri Xoşbəxt Ağayevanı həbs edib.
Aktual.az xəbər verir ki, bu haqda məlumatı “Qafqazinfo” saytı yayıb.
Məlumata görə, həmin qadın Cəlilabadda idarənin əməkdaşları tərəfindən saxlanılıb.
Həbsə səbəb kimi onun fəaliyyətindəki ciddi nöqsanlar göstərilir.