41 nəfəri “Bakcell” adı ilə aldadıb 80 min manat aldı

41 nəfəri “Bakcell” adı ilə aldadıb 80 min manat aldı

Dövlət ittihamçısı Bəhruzun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Bəhruz Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Aktual.az Virtualaz.org-a istinadən xəbərinə görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı məhkəmədən B.Əliyevin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə oktyabrın 15-dək təxirə salınıb.

Qeyd edək ki, B.Əliyev 41 nəfərdən dələduzluq yolu ilə 80 min manat pul alıb. O, həmin şəxslərə özünü “Bakcell” şirkətinin işçisi kimi təqdim edərək onları işə düzəldəcəyini vəd edib.

Daha sonra tutulan B.Əliyev dəyən ziyanın 24 min manatını zərərçəkən şəxslərə ödəyib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur.

Aktual.az

Xəbər 598 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR