40 yaşından sonra aspirin istifadə etmək olarmı?

40 yaşından sonra aspirin istifadə etmək olarmı?

40 yaşından sonra ürək, qan-damar xəstəliklərindən əziyyət çəkən insanlar və ümumiyyətlə hər kəs az miqdarda gündə bir dəfə "Aspirin" istifadə etməsi düzdürmü?

Aktual.az  deyerler.org-a istinadən bildirir ki,  40 yaşdan sonra insanların damarlarında intensiv aterosikliroz prosesi gedir. "Aspirin tərkibli dərmanlar qanın qatılıq qabiliyyətini aşağı salır. Profilaktik tədbir kimi sırf aspirin deyil, aspirin tərkibli digər qanı durulaşdırıcı dərmanlardan istifadə etmək məsləhətdir. Ümumiyyətlə 40-45 yaşdan sonra qan-damar sisteminin müalicə edilməsi hər bir şəxsin profilaktik tədbiri olmalıdır. Dərmanlardan əlavə, ürək qan-damar sistemindən əziyyət çəkən insanlar qidalarında xoristerinin miqdarını azaltmalı, şirin şeylərdən az istifadə etməli, bunun əvəzində bol vitaminli meyvə-tərəvəzdən istifadə etməlidirlər. Aspirini hər adama vermək düzgün deyil. Mədə-bağırsaq sistemində turşuluğu yüksək olan insanlara, allergiyası olan insanlara aspirin vermək olmaz.

Xəbər 582 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR