Şəmkir rayonunda 4 yaşlı qız su arxına düşərək boğulub.
Aktual.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 18-də Şəmkir rayonunun Çinarlı qəsəbəsində yaşayan 4 yaşlı Fidan Məmmədova su arxına düşərək boğulub. Uşağın meyiti sudan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.