Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin cari il üçün ilk iclası keçirilib.
Aktual.az xəbər verir ki, Vəkillər Kollegiyasının sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib.
İclasda vəkillərin digər vəkil qurumuna keçməsi, müəyyən müddətə üzvlük haqqından azad olunması barədə müraciətlərinə baxılıb, müvafiq qərarlar qəbul edilib.
Eyni zamanda, iclasda vəkil bürolarının və vəkil kabinetlərinin təsis edilməsi barədə müvafiq qərarlar verilib.
Həmçinin iclasda Deontologiya Komitəsinin təqdimatına baxılmış və Komitə tərəfindən hazırlanacaq "Vəkillərin davranış qaydaları haqqında" Əsasnamənin kommentariyası" adlı kitabın mündəricatı və yazılma qaydası təsdiq edilib.
İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 1 vəkilin fəaliyyəti dayandırılmaqla ARVK üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət edilməsi, 4 vəkilin fəaliyyətinin müəyyən müddətə dayandırılması qərara alınıb. Habelə dövlət hesabına hüquqi yardım göstərdikləri zaman yol verdikləri inizam pozuntularına görə 10 vəkilə töhmət, 11 vəkilə isə xəbərdarlıq edilib.
Qeyd edək ki, ötən gün tanınmış vəkil Adəm Məmmədovun fəaliyyətinin 3 aylıq dayandırıldığı haqqında məlumat yayılmışdı.
Xəbər 108 dəfə oxunub.