4 tona yaxın ətdə bağırsaq çöpləri aşkarlanıb

4 tona yaxın ətdə bağırsaq çöpləri aşkarlanıb

Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində aşkarlanmış 4 tona yaxın mənşəyi məlum olmayan ətdən götürülən nümunələrin nəticələri məlum olub.


Aktual.az APA-ya istinadən xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) rəisinin və Baş Dövlət Baytarlıq Müfəttişinin səlahiyyətlərini müvəqqəti icra edən Azər Süleymanov deyib ki, 4 tona yaxın ətdə bakterioloji çirklənmə, habelə bağırsaq çöpləri aşkarlanıb.

O əlavə edib ki, 4 ton ətin arasında 2 baş atın ətinin olması da məlum olub: “Laboratoriyanın nəticələrinə görə isə yerdə qalan aqonik vəziyyətdə ölmüş heyvan ətidir”.

A. Süleymanov qeyd edib ki, 4 tona yaxın ət hazırda məhv edilir.

Qeyd edək ki, DBNX yanvarın 9-da Abşeron rayonunun Aşağı Güzdək qəsəbə sakini Sərdar Şahverdiyevə məxsus heyvanların kəsimi və qəbulu məntəqəsində reyd keçirib. Reyd nəticəsində 4 tona yaxın mənşəyi məlum olmayan, qida üçün keyfiyyəti və yararlığı şübhə doğuran heyvan cəmdəkləri, xeyli miqdarda sümükdən ayrılmış ət, heyvan sümükləri və skiletləri aşkar olunub.

Xəbər 380 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR