"4 qaz quyusunda yanğın davam edir"


2 qaz quyusunda yanğın söndürülüb, 1-ində isə söndürülmək üzrədir

““Günəşli” yatağının 10-cu stasionar özülündə iki qaz quyusunda yanğın söndürülüb, üçüncü quyuda isə söndürülmək üzrədir. Digər 4 qaz quyusunda isə yanğın davam edir. Hazırda orada neft quyularında yanğın yoxdur”.

Aktual.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova “Günəşli” yatağının 10-cu stasionar özülündə baş vermiş qəzanın ətraf mühitə təsiri ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə ümumilikdə 30 quyu var ki, onlardan 2-si işlək deyil, 21-i neft, 7-si isə qaz quyusudur.

M. Avazova qeyd edib ki, neft quyularına hazırda qaz verilmir: “Çünki qaz verilməklə oradan neft çıxarılır. Yanğının baş verdiyi quyularındakı qazın tərkibində 100-ə yaxın karbohidrogen maddə var. Karbohidrogen maddələr yanmaya məruz qalır”.

M. Avazova onu da qeyd edib ki, qəzanın dəniz mühitinə hər hansı mənfi təsiri yoxdur: “Hazırda Xəzər dənizinin faunasına da təhlükə yoxdur. Vizual müşahidələr aparılır, su nümunələri götürülür. Nümunələr analitik laboratoriyada yoxlanılacaq”.

Xəbər 373 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR