4 nəfəri gün vurdu

4 nəfəri gün vurdu

"Havaların isti keçməsi ilə bağlı Səhiyyə Nazirliyi Təcili və Tibbi Yardım Xidmətlərinə  günvurma halı ilə bağlı müraciət edənlərin sayı artıb".

Aktual.az  bildirir ki, bunu teleqraf.com-a açıqlamasında Təcili və Tibbi Yardım Stansiyası baş həkiminin müavini İradə Əliyeva  bildirib.

Müavinin sözlərinə görə, günvurma ilə bağlı avqustun 6-da 3 nəfəri, ayın 7-də isə 4 nəfəri gün vurub: "Bu, digər günlərə nisbətən çoxdur. Çünki keçən həftə ümumi olaraq 3 nəfəri gün vurmuşdusa, indi gün ərzində 4 nəfəri gün vurur".

İradə Əliyeva sözlərinə görə, yay mövsümü başlayan vaxtdan ümumilikdə 47 nəfər günvurma halları ilə bağlı müraciət edib. Onlardan 16 nəfəri xəstəxanaya yerləşdirilib. 27 nəfərə yerindəcə ilkin tibbi yardım göstərilib. Günvurma ilə bağlı müraciət edənləridən 7 nəfəri isə uşaq olub ki, 4-ü xəstəxanaya yerləşdirilib.

Xəbər 321 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR