4 min nəfərə şəxsiyyət vəsiqəsi verilib

4 min nəfərə şəxsiyyət vəsiqəsi verilib

Azərbaycanın şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir. Daxili İşlər Nazirliyi(DİN) rəhbərliyinin tapşırığı ilə bu işin daha da sürətləndirilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyan növbəti belə tədbirlər paytaxtın Xəzər, həmçinin respublikanın Abşeron, Bərdə, Gəncə, Qazax, Şəmkir, Qəbələ, Qusar, Şamaxı şəhər və rayonlarında baş tutub.

DİN-nin nətbuat Xidmətindən  verilən məlumata görə, səyyar xidmətlər zamanı adları çəkilən şəhər və rayonlarda ümumilkdə 4 min nəfərə şəxsiyyət vəsiqələrinin verilməsi təmin edilib.

Analoji tədbirlər digər bölgələrdə də davam etdirilir.

Xəbər 366 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR