İyunun 17-də Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin hər birinin nominal dəyəri 100 manat olan 4 000 000 ədəd dövlət qısamüddətli istiqrazlarının emissiya prospekti dövlət qeydiyyatına alınmışdır.
Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən verilən məlumata görə, istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında həyata keçiriləcək. (Trend)