Paris Kreditorlar Klubu Kubanın borcundan 4 mlrd. dollar hissəsini silib.
Aktual.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə "Le parisien" nəşri məlumat yayıb.
Məlumata görə, bu barədə Fransanın maliyyə naziri Mişel Sapen bildirib.
"Kubanın borcunun silinməsinə dair əldə olunan saziş 1980-ci ildən bu vaxtadək toplanmış faizlərlə bağlı məsələni həll etməyə imkan verəcək", - deyə Sapen bildirib.
Qeyd edək ki, razılaşma Kubanın borcunun qalan 2,6 mlrd. dollar hissəsini 18 il ərzində ödənilməsini nəzərdə tutur.