"4 ildir boşanmışam, amma indiyənə qədər..." - rəqqasə Oksana


Rəqqasə Oksana Rəsulova "Yeri gəlmişkən" verilişinin qonağı olub. 

Axşam.az-ın məlumatına görə, sənətçi şəxsi həyatı ilə bağlı yazılan xəbərlərdən danışıb:

"İnsanlara tanınmışların şəxsi həyatı maraqlıdır. 4 ildir keçmiş həyat yoldaşımdan (reper Elşad Xose - red.) ayrılmışam. İndiyənə qədər də maraqlanırlar. Media yazır, çünki insanlar izləyir. Mən buna pis baxmıram. Məsələn, yazırlar ki, "Oksana filan yerə gəldi, keçmiş həyat yoldaşına belə baxdı".

Mən Monika Belluççinin pərəstişkarıyam. Bu günə qədər onu izləyirəm: "Hara gəldi, keçmiş həyat yoldaşına necə baxdı". Bizim də həyatımızı başqaları bu cür izləyir".

Xəbər 6832 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR