4 generalın ordudan təxris olunmasına - Nazirlikdən reaksiya

4 generalın ordudan təxris olunmasına   - Nazirlikdən reaksiya

Müdafiə Nazirliyi ordudan 4 generalın təxris olunması barədə xəbərlərə münasibət bildirib.

Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, məlumatda adı qeyd olunan general-mayor Qorxmaz Qarayev həqiqətən də “öz arzusu ilə” Ali Baş Komandanın sərəncamına əsasən ehtiyata buraxılıb.

“Xəbərdə adları qeyd olunan digər 3 ali rütbəli zabit - general-mayor Fəxrəddin Cəbrayılov, general-mayor Rafiq Hüseynov və general-mayor Mirzə Almasov isə ordu sıralarından ehtiyata buraxılmaları üçün komandanlığa müraciət ediblər.

Müdafiə naziri tərəfindən general-mayor F.Cəbrayılov və general-mayor R.Hüseynovun Mərkəzi Hərbi Həkim Komissiyasının çıxardığı “xəstəliyə görə” rəyinə, general-mayor M.Almasovun isə “öz arzusu ilə” Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılmaları barədə Ali Baş Komandan qarşısında vəsatət qaldırılacaq”, - deyə, MN bəyan edib.

Xəbər 1032 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR