Ucarda sürücü qəflətən ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün 11:00 radələrində Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun "Dördyol" adlanan hissəsində baş verib. Gəncə şəhər sakini, 1979-cu il təvəllüdlü Oruc Verdiyev idarə etdiyi 20 DR 014 dövlət nömrə nişanlı, "Mercedes-Sprinter" markalı sərnişinlə dolu mikroavtobusla Bakı istiqamətində hərəkətdə olarkən su almaq məqsədi ilə nəqliyyat vasitəsini yol kənarında saxlayıb.
Qəflətən halı pisləşən sürücü orada ölüb.
Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırma başlanıb.
Aktual.az
Xəbər 536 dəfə oxunub.