Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Aktual.az xəbər verir ki, Gəncə şəhər Polis İdarəsindən ans press-ə verilən məlumata görə, Gəncə şəhər Mahrasa bağı, bina 12, evə 23 ünvanında yaşayan 1977-ci il təvəllüdlü Samir Osman oğlu Osmanov Gəncə şəhəri Nizami rayonu ərazisində naməlum şəxs və ya şəxslər tərəfindən döş qəfəsindən bıçaqlanıb.
Yaralını dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının cərrahiyyə şöbəsinə gətiriblər.
Xəstəxanadan bildirdilər ki, bıçaq yarası alan 38 yaşlı kişinin üzərində cərrahiyyə əməliyyatı aparılıb. Hazırda onun vəziyyəti ağırdır.
Faktla bağlı Gəncə şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Gəncə şəhərində dünən də bıçaqlanma hadisəsi baş vermişdi. Elmir Əsgərov adlı Gəncə sakini öz dayısı oğlu Ramin Zamanova aralarında yaranmış mübahisə səbəbindən ona bir neçə bıçaq zərbəsi endirərək xəstəxanalıq etmişdi.