"Sotheby's Hong Kong" hərrac evi Çinin Honkonq şəhərində dünyanın ən nadir brilyantlarından birini satışa çıxarır.
"De Beers Millennium Jewel 4" adlı unikal mavi brilyant aprelin 5-də "Magnificent Jewels and Jadeite" hərracında satılacaq.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 10,1 karatlıq bu brilyant indiyədək hərraclara çıxarılmış ən böyük mavi brilyantdır.
İlkin satış qiyməti 35 milyon dollardır.
Brilyant Nyu-York, London və Cenevrədə, daha sonra isə Sinqapur və Taybeydə nümayiş olunacaq.
Aprelin 5-də isə Honkonqdakı "Hong Kong Convention and Exhibition Centre"də unikal brilyantın satışı başlanacaq.
//Aktual.az