35 milyard dollara inşa edilən avtomobilsiz şəhər - FOTOLAR

35 milyard dollara inşa edilən avtomobilsiz şəhər - FOTOLAR

2002-ci ildən Cənubi Koreyada inşa edilməyə başlanan Sonqdo şəhərinin İş Mərkəzi Bölgəsində (İBD) yaşayan insanlar işə, alış-verişə, gəzməyə gedərkən avtomobildən istifadə etmək məcburiyyətində qalmayacaqlar.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 35 milyard dollara başa gələcək şəhər avtomobilə ehtiyac olmayacaq şəkildə inşa edilib. Şəhərin memarı Gale İnternational-ın rəhbəri Stan Gale avtobus, metro və velosiped kimi nəqliyyat vasitələrinə üstünlük veriləcəyini deyib.
Hazırda şəhərdə 100 min-ə yaxın əhali yaşayır. Sarı dənizin sahilində yerləşən şəhər ilk gündən "ekologiya dostu” olaraq düşünülüb. Şəhərdəki evlər və iş yerləri avtobus və metro dayanacaqlarına 12 dəqiqə məsafədə yerləşir. İş mərkəzi olan hissədə isə heç bir yaşayış evi yoxdu. Şəhərdə 25 km-lik velosiped yolları var. Gale İnternational şəhərinin 40 faizinin yaşıl ərazilərə ayrıldığını və bunun insanları gəzməyə təşviq etdiyini bildirir.
Sonqdo eyni böyüklükdə olan şəhərlərlə müqayisədə 3 dəfə daha az sera qazı istehsal edir.
Bu şəhərin zibillik sisteminin də bənzəri yoxdur. Hava təzyiqli bir boru sistemi, evlərdəki  kanallar vasitəsilə zibilləri toplayaraq ya enerjiyə çevirir ya da yenidən istehsalata göndərir.
Şəhərdəki binalar LEED sertifikatlı olmaq özəlliyinə malikdir. Daha çox binanın LEED sertifikatı alması və şəhərdə istifadə olunan suyun 40 faizinin yenidən istehsalata qaytarılması üçün işlər görülür. Sonqdo şəhərində yaşayan insanlar paytaxt Seula uzaq olmaqdan şikayətlənirlər. Sonqdodan Seula cəmi bir saata çatmaq olur. 












Xəbər 805 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR