Şimali Koreya Xalq Respublikasının lideri Kim Çen In 340 nəfərin edam edilməsinə dair göstəriş verib.
Aktual.az APA-ya istinadən xəbər verir ki, onların arasında hökumətdə yer alan 140 yüksək rütbəli zabit, hərbçilər və hakim partiyanın üzvləri var.
Cənubi Koreyada yerləşən Milli Təhlükəsizlik Strategiyası İnstitutu hesab edir ki, Şimali Koreya lideri öz hakimiyyətini gücləndirmək üçün edamlardan istifadə edir. Edam edilənlər arasında Kim Çen Inın qayını, Milli Müdafiə Şurasının sədr müavini Çan Sonq Taek də var.
Qeyd edək ki, Şimali Koreya lideri Yeni il bayramını qeyd etməyi qadağan edib. Onun qənaətinə görə, xalq İsa peyğəmbərə yox, onun öz nənəsinə sitayiş etməlidir.
Aktual.az
Xəbər 453 dəfə oxunub.