Bakıda qətl törədilib.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, Pirallahı rayon Polis Şöbəsindən verilən məlumata görə, Dübəndi bağlarında Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü Ruslan Şevçen aralarında yaranmış münaqişə zəminində tanışı, 1982-ci il təvəllüdlü Aleksandr Nikoloyeviç Qraçyovu ürəyindən bıçaqlayaraq öldürüb. Hadisəni törədən R. Şevçen saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.