34 Azərbaycan idmançısı Rio-2016-da çıxışını tam başa vurdu

34 Azərbaycan idmançısı Rio-2016-da çıxışını tam başa vurdu
  • İDMAN

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən 56 idmançıdan 34-ü çıxışlarını tam başa vurub.

Aktual.az  Report-a istinadən xəbər verir ki, ötən yarış günündə ölkəmizin aktivinə 2 bürünc medal yazılıb.
Yunan-Roma güləşçisi Rəsul Çunayev 66 kq çəki dərəcəsində bürünc medal qazanıb. Eyni nəticəni kayakçı qadınların mübarizəsində İnna Osipenko Radomskaya 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə əldə edib. Amma o, çıxışını 500 metr məsafəyə yürüşdə də davam etdirəcək. Boksçu Lorentso Sotomayor isə 64 kq çəkidə yarımfinala yüksələrək, ən azı bürünc medalı təmin edib.
Beləliklə, Azərbaycanın olimpiadadan medalsız qayıdacaq idmançılarının sayında (30) dəyişiklik baş verməyib.
Onlardan yarısı - boksçular Yana Alekseyevna, Məhəmmədrəsul Məcidov, Abdulqadir Abdullayev və Albert Səlimov, yunan-Roma güləşçisi Saman Təhmasibi, velosipedçi Olqa İsmayılova, atlet Anna Skidan, cüdoçu Uşangi Kokauri, idman gimnastları Oleq Stepko və Petro Paxnyuk, velosipedçi Yelena Pavluxina, akademik avarçəkənlərdən ibarət Aleksandr Aleksandrov - Boris Yotov dueti, kanoe-slalomçu Yure Meqliç və oxatan Olqa Senyuk legionerdir.

Güləş
Yunan-Roma

Rəsul Çunayev (66 kq) - bürünc
Sabah Şəriəti (130 kq) - bürünc
Rövşən Bayramov (59 kq) - 5-ci yer
Elvin Mürsəliyev (75 kq) - 7-ci yer
Saman Təhmasibi (85 kq) - 13-cü yer

Cüdo

Elmar Qasımov (100 kq) - gümüş
Rüstəm Orucov (73 kq) - gümüş
Orxan Səfərov (60 kq) - 5-ci yer
Məmmədəli Mehdiyev (90 kq) - 7-ci yer
Nicat Şıxəlizadə (66 kq) - 1/8 finalda uduzub
Uşangi Kokauri (+100 kq) - 1/8 finalda uduzub.

Boks
Teymur Məmmədov (81 kq) - 1/4 finalda uduzub
Abdulqadir Abdullayev (91 kq) - 1/4 finalda uduzub
Albert Səlimov (60 kq) - 1/4 finalda uduzub
Yana Alekseyevna (60 kq - qadınlar) - 1/4 finalda uduzub
Məhəmmədrəsul Məcidov (+91 kq) - 1/8 finalda uduzub
Pərviz Bağırov (69 kq) 1/8 finalda uduzub
Rüfət Hüseynov (49 kq) - 1/16 finalda uduzub
Cavid Çələbiyev (56 kq) - 1/16 finalda uduzub

Kanoe-sprint
Kayak
İnna Osipenko Radomskaya (1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüş) - bürünc
Akademik avarçəkmə
Aleksandr Aleksandrov - Boris Yotov (2 nəfərlik qoşa avarlı qayıq - M2X) - 12-ci yeri tutub.
Kanoe-slalom
Yure Meqliç (1 nəfərlik kayak qayığı) - yarımfinalda 14-cü yer
Velosiped idmanı
Yelena Pavluxina (şosse velosipedi - qadınlar) - 35-ci yer
Maksim Averin (şosse velosipedi - kişilər) - finişə çata bilməyib
Olqa İsmayılova (keyrin) - yarımfinala yüksələ bilməyib
Olqa İsmayılova (sprint) - 27 iştirakçı arasında 13-cü yer
İdman gimnastikası
Oleq Stepko (fərdi çoxnövçülük) - finalda 22-ci yer
Petro Paxnyuk (fərdi çoxnövçülük) - 34-cü yer

Üzgüçülük
Fatimə Alkərəmova (100 metr məsafəyə sərbəst üsulla) - 48 iştirakçı arasında 41-ci yer
Boris Kirillov (200 metr məsafəyə arxası üstə) - 26 iştirakçı arasında sonuncu yer

Atıcılıq
Ruslan Lunyov (pnevmatik tapançadan 10 metr məsafəyə atış) - seçmə mərhələdə 15-ci yer
Ruslan Lunyov (25 metr məsafəyə sürətli atış) - seçmə mərhələdə 15-ci yer

Qılıncoynatma
Səbinə Mikina (sablya) - 1/16 finalda uduzub

Oxatma
Olqa Senyuk (Kamandan oxatma) - 1/32 finalda uduzub

Atletika
Anna Skidan (çəkicatma) - seçmə mərhələdə B qrupunda 7-ci yer
Nazim Babayev (üçtəkanla uzununa tullanma) - 25-ci yer 

Xəbər 635 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR