Quba rayon sakini evində dəm qazından boğulub.
Trend-in məlumatına görə, hadisə şəhərin Ərdəbil küçəsi, ev 106-da baş verib.
Həmin ünvanda yaşayan, 1985-ci il təvəllüdlü Əliyev Etibar Səməd oğlu yaşadığı evin vanna otağında çimərkən hamama qaz dolması nəticəsində zəhərlənərək ölüb.
Faktla bağlı Quba rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.
Aktual.az
Xəbər 407 dəfə oxunub.