32 nəfər xilas edilib, 1 nəfər ölüb - SOCAR-dan açıqlama

32 nəfər xilas edilib, 1 nəfər ölüb   - SOCAR-dan açıqlama

“Günəşli” yatağının yanğın baş vermiş 10-cu dərin dəniz özülündə xilasetmə və axtarış tədbirləri davam etdirilir.

Aktual.az APA-ya istinadən xəbər verir ki, hadisə ilə bağlı SOCAR, Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun birgə məlumat yayacağı gözlənilir.

Hadisə ilə bağlı “Azneft” İstehsalat Birliyində yaradılmış operativ qərargahdan verilənson məlumata görə, indiyə qədər qayıqlardan və platformadan 32 nəfər xilas olunub, bir nəfər isə həlak olub.

Hadisə baş verən zaman özüldə 63 nəfər olub. Onların böyük əksəriyyəti hadisə zamanı ehtiyat qayıqlara toplaşıblar.

Xəbər 433 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR