Lənkəran rayon sakini ehtiyyatsızlıqdan özünü güllələyib.
"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Şağlakücə kəndində baş verib.
Belə ki, həmin kəndin sakini, 1986-cı il təvəllüdlü Şərifov Ramal Cəbrayıl oğlu pnevmatik tüfənglə ehtiyatsız davranış nəticəsində döş qəfəsindən yaralanıb.
Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirilib ki, müayinə zamanı döş qəfəsinin sol yarısında altıncı-yeddinci qabırğaların arasında içəri nüfuz edən qırma aşkar edilib və R.Şərifov əməliyat olunub.
Faktla bağlı araşdırma aparılır.
Aktual.az
Xəbər 546 dəfə oxunub.