31 nəfərin deputatlığa namizədliyi qeydə alındı

31 nəfərin deputatlığa namizədliyi qeydə alındı

Azərbaycanda 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
Aktual.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə 125 dairə üzrə 1200-ə yaxın namizəd olmaq üçün müraciət edib: "Onların çoxu artıq təsdiq olunub, ümumilikdə 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb".
MSK sədri həmçinin 950-ə yaxın müşahidəçinin qeydə alındığını da söyləyib: "26 siyasi partiyanın 25-i seçkilərdə iştirak edir. Onların 600 nəfərə yaxın səlahiyyətli nümayəndəsi qeydə alınıb".
Xatırladaq ki, bundan əvvəl 16 nəfərin deputatlığa namizədliyi qeydə alınmışdı.
Xəbər 368 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR