300 hamilə qadın Zika virusuna yoluxub

300 hamilə qadın Zika virusuna yoluxub

Zika virusu ABŞ və Afrikada aşkar edilib

Aktual.az Azvision.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi məlumat yayıb.

Xəbərdə bildirilir ki, ABŞ ərazisində 157 hamilə qadında Zika virusu tapılıb. Əlavə olaraq ABŞ hökumətinin idarəsində olan ərazilərdə uşaq gözləyən daha 122 qadın bu virusa yoluxub.

Dünya Səhiyyə Təşkilatı (DST) isə Zika virusunun Afrika qitəsinə də çatdığını bəyan edib. Afrikanın qərbində Atlantik okeanında yerləşən Kabo-Verde Respublikasında Zika virusu tapılıb. Təşkilatın Afrika üzrə regional direktoru Matşidiso Moeti deyib ki, virusun Kabo-Verdedə aşkar edilməsi xəstəliyin Latın Amerikasından kənara çıxaraq digər qitələrə yayıldığını göstərir.

Xəbər 267 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR