Göygöl rayonunda intihar hadisəsi baş verib.
Göygöl rayon Prokurorluğundan verilən məlumata görə, hadisə iyunun 20-də Göygöl şəhərində baş verib. Şəhər sakini, 1986-cı il təvəllüdlü Murad Yusifov yaşadığı evin həyətində özünü asaraq öldürüb.
Faktla bağlı Göygöl rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.//Trend