Kolorado Universitetinin mütəxəssisləri araşdırma apararaq, 30 yaşdan sonra çəkidə yaranan problemlərin və onları atmağın çətinliyini müəyyən ediblər.
Məlum olub ki, hətta gün ərzində qəbul olunan 100 kk. belə çəkinin artmasına gətirib çıxarır. 30 yaşdan yuxarı olanları ən çox şokoladlı biskvitlər kökəldir. Bu zaman arıqlama çətin olduğu qədər enerji də azalır.
Aktual.az axşam.az-a istinadənçəkini qaydada saxlamağın 8 çarəsini təqdim edir:
1. Qayğanaq əvəzinə suda bişmiş yumurta yeyin.
2. Dondurmadan yalnız 2 qaşıq dadın.
3. Qəhvəyi rəngli düyüdən istifadə edin.
4. Naharda kompot və ya şirə əvəzinə su için.
5. Sevimli şokoladı banana dəyişin.
6. Toyuğun ancaq döş ətini yeyin.
7. Çörəyə yağ əvəzinə cem çəkin.
8. Balığı mayonezli sousla yox, limon şirəsi ilə yeyin.
Gündəlik 100 kk yandırmağın 8 qaydası
Gündə 15 dəqiqə rəqs edin.
Yaxınlıqdakı mağazaya piyada gedin.
Gündə 30 dəfə atılıb-düşün.
Eyvana çıxıb, 30 dəqiqə idman edin.
Bir limonun qabığını sürtgəcdən keçirib, üzərinə su töküb, gündə 2 dəfə için.
Uzanıb, ayaqlarınızı yuxarı qaldırıb, divara söykəyin və 20 dəqiqə bu vəziyyətdə dayanın.