30 kilometrlik ərazi üçün mübahisə edirlər - Rubio

30 kilometrlik ərazi üçün mübahisə edirlər - Rubio
  • DÜNYA

Rusiya Donbasdan Ukrayna qoşunlarının çıxarılmasını tələb edir.
Aktual.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Marko Rubio "Foks Nyus” telekanalına deyib.
"Hazırda onların mübahisə etdiyi məsələ təxminən 30–50 kilometrlik ərazi və Donetsk vilayətinin 20%-i ilə bağlıdır. Bu hissə hələ də Ukraynanın nəzarəti altındadır.
ABŞ Ukraynaya hazırkı səviyyədə yardımı sonsuz müddət davam etdirə bilməz. Bəziləri düşünür ki, bizim siyasətimiz Ukraynanı savaş nə qədər davam edərsə-etsin, limitsiz şəkildə maliyyələşdirməkdən ibarət olmalıdır. Bu, real deyil. Reallığa uyğun gəlmir. Və belə olmayacaq. Biz uzun müddətdir bildiririk ki, bu miqyasda dəstəyi saxlamaq mümkün deyil.
Hər iki tərəflə danışmaq lazımdır. Elə adamlar var ki, qeyri-rasional davranırlar. Düşünürlər ki, yalnız Ukrayna ilə danışmalı, Rusiya ilə, ümumiyyətlə, danışmamalıyıq. Amma Rusiya və Ukrayna arasındakı müharibəni Rusiya ilə danışmadan bitirmək mümkün deyil”, - Rubio bildirib.
Xəbər 68 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR