30 həkim narkotikdən zəhərləndi

30 həkim narkotikdən zəhərləndi
  • DÜNYA

Seminarda iştirak etməyə gedən həkimlər zəhərlənərək xəstəxanaya yerləşdirildilər.

Almaniyada seminar vaxtı 30-dan çox həkim narkotikdən zəhərlənib.

ANS PRESS-in məlumatına görə, Aşağı Saksoniyanın Xandelo şəhərində tibbi seminar keçirilib. Tədbir zamanı otuzdan çox iştirakçısı zəhərlənməyə görə öz həmkarlarının köməyi ilə ilk tibbi yardım alıblar.

Zərər çəkən həkimlər 25-55 yaşlarında olublar. Onlar qəfildən ağrı hislərindən, qıcolmalardan, taxikardiyadan şikayətləniblər. Hadisə yerinə dərhal gələn mütəxəssislər araşdırma aparıblar. Məlum olub ki, zəhərlənməyə əsas səbəb amfetaminlər qrupuna məxsus sintetik narkotiklər olub.

Lakin indiyənədək hələ də zəhərlənmənin necə baş verdiyi dəqiq müəyyənləşməyib. Səlahiyyətli orqanlar hələ də konkret olaraq, hadisənin təsadüfən, yoxsa, şüurlu şəkildə olduğu barədə heç nə demirlər.

Hal-hazırda seminar iştirakçıları xəstəxanada müalıcə alırlar. Deyilənlərə əsasən, onların həyat və sağlamlığı təhlükə altında deyil.

Polis hadisənin araşdırılmasına başlayıb.

/ Aktual.az

Xəbər 727 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR