1. Balığın təzəsi parlaq gözlərindən və tünd qırmızı süzgəclərindən aydın olar. Bir də pulcuqları solğun olmamalıdır.
2. Süd qaynayarkən dibinin yapışmaması üçün qazanın içinə uzun saplı bir qaşıq qoyun.
3. Spagettilərimizi bütöv bişirmək istəsək də, qazana sığmadığı üçün qırmaq məcburiyyətində qalırıq. Onları bütöv halda qaynar suya atın. Ucları yumuşaldıqca hamısını suyun içinə düşəcək.
4. Əllərinizi nə qədər yusanız da, balıq qoxusu getmir? O zaman bir limonu iki yerə bölüb əllərinizi onunla ovun, qoxudan əsər qalmayacaq.
5. Balıqlı boşqab və tavalarınızı əsla qaynar su ilə yumayın, çünki qaynar su bütün pis qoxuları ortaya çıxaracaqdır. Öncə soyuq sudan keçirin, sonra istədiyiniz kimi yuyun.
6. Soğan soyarkən ağlayırsınız? Artıq buna son verməyin vaxtı gəlib. Soğanları soyarkən və ya doğrayarkən dişinizin arasında 1-2 kibrit çöpü tutsanız, soğan sizi ağlatmayacaq.
7. Plovunuzun rənginin bəmbəyaz olmasını istəyirsinizsə, düyünü qaynatdığınız suya bir az limon sıxın.
8. Soyuducuda qalıb büzüşmüş xiyarlarınızı atmaq istəyirsiniz? Atmayın! Xiyarlarınızı yuduqdan sonra 10-15 dəqiqə limonlu suda saxlayın, bu, onların əvvəlki təzəliyini qaytaracaqdır. Bu, cəfəri üçün də keçərlidir.
9. Göbələyin qoxusunun və ləzzətinin itməməsi üçün onu az suda və gur atəşdə bişirməlisiniz. Belə etdikdə göbələkli yeməkləriniz daha ləzzətli olacaqdır.
10. Makaronu çox bişirmisiniz? Dərd etməyin, bir az duru yağla qarışdırıb soyuducuda saxlasanız, ilk günkü kimi təzə qalar.
11. Qaynadacağınız toyuğun içinə bir diş qabıqlı sarmısaq atın, bu, ona ayrı bir ləzzət qatacaq və sizin toyuğunuz hər kəsinkindən fərqlənəcək.
12. Kabab bişirərkən ətlərin arasına göbələk düzün, çox ləzzətli olacaq. Amma göbələklər əzilib tökülməsin deyə onları bir az qaynar suda saxlayın.
13. Xəmir işlərində istifadə edəcəyiniz unu öncədən ələsəniz, un zərrələrinin arası hava ilə dolar və keksiniz daha gözəl qabarar.
14. Yuduğunuz göyərtilərin tərtəmiz olduğundan əmin olmaq üçün son yaxalama suyuna bir az sirkə əlavə edin. Ancaq unutmayın, göyərtiləri heç vaxt uzun müddət suda saxlamayın, belə olduqda vitamin və mineralları suyla birlikdə axıb gedir.
15. Kartof soyutması bişirərkən kartofun daha yumşaq olması üçün qaynayan suya bir qaşıq marqarin atmağı unutmayın.
16. Ən təhlükəli qidanın göbələk olduğunu unutmayın. Ona görə də göbələk alarkən diqqət edin ki, ləkəsiz və rəngi ağ rəngə yaxın olsun.
17. Dana əti alarkən damarlarının bərk və ağappaq olmasına diqqət edin, çünki yaşlı heyvanın damar yağları sarı rəngdə olur.
18. Pomidoru soymaq üçün qaynar suya salıb çıxarın. Qabığının necə asan soyulduğunu görəcəksiniz.
19. Soğanı sonuna qədər doğramaq bir çox insan üçün çətin gəlir. Çəngəli qalan soğanın lap dibinə batırın, belə doğramaq daha asan olacaq.
20. Əgər istifadə etdiyiniz yağı ikinci dəfə istifadə edəcəksinizsə, həmin yağı süzgəcdən və ya tüldən süzün.
21.Balıqlarınızın yaxşı qızarması və ləzzətli olmasını istəyirsinizsə, onları yuduqdan sonra qurudun və una batırmazdan əvvəl südə batırın.
22. Şüyüd və kərəvizlərinizin təptəzə qalmasını istəyirsinizsə, əvvəl yaxşıca yuyub suyunu süzülməyə qoyun. Daha sonra plastik bir qaba qoyub soyuducuda saxlayın. Ancaq unutmayın, soyuducuya qoymazdan əvvəl yaxşıca qurutmaq lazımdır.
23. Evdə kələm bişirərkən gələn iydən yəqinki hər kəs nifrət edir. Bunun qarşısını almaq üçün bişirdiyiniz qazana bir-iki dilim çörək qoyun. Çörəyin əzilib dağılmaması üçün onu tülə bükün.
24. Evdən və mətbəxdən gələn pis qoxunu məhv etmək istəyirsinizsə, bir az limon və ya portağal qabığı yandırın, pis qoxudan əsər-əlamət qalmayacaq.
25. Yerkökünü qaynar suda bişirdikdən sonra soyuq suya salsanız, rənglərini itirməzlər.
26. Soğanı qovurarkən rənginin daha gözəl və parlaq olması üçün üzərinə bir miqdar duz səpin.
27. Çayınıza ayrı bir dad vermək istəyirsinizsə, çay saxladığınız qutuya bir az alma, ya da portağal qabığı atın.
28. Qarışqaların əlindən bezmisiniz? O zaman qarışqaların yuvasına gedən yola nazik bir təbəqə duz səpin. Qarışqalar duzdan keçə bilmir.
29. Gözəl bir omlet üçün tavanızın quru və təmiz olmasına diqqət edin.
30. Holland pendiriniz quruyubsa atmayın! Onu bir miqdar süddə saxlayın, necə yumşaldığını görəcəksiniz.//ölkə.az