Üç yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün qısaldılmış iş vaxtı müəyyən edilib.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, bu, bu gün Milli Məclisin plenar iclasında qəbul edilən Əmək Məcəlləsində dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, qısaldılmış iş vaxtının müddəti həftə ərzində 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır.