3 uşaq atasını öldürən “Lotu Yusif”ə 17 il HƏBS

3 uşaq atasını öldürən “Lotu Yusif”ə 17 il HƏBS

3 uşaq atası olan qohumunu öldürməkdə və maşın qaçırmaqda təqsirləndirilən Yusif Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb. Dövlət ittihamçısı çıxış edərək Y.Babayevin 19 il müddətinə azadlıqdan məhrum edilməsini, cəzasının 4 ilini həbsxana rejimli cəzaçəkmə müəssisəsində çəkməsini istəyib. Təqsirləndirilən Y.Babayev son sözlə çıxış edərək deyib ki, maşını oğurlamayıb: "Sadəcə sürüb getmişəm, maşından heç nə götürməmişəm. Ramizi də qəsdən öldürmədim. İçmişdim, özümü idarə edə bilmirdim. Mənim üstümə bıçaq çəkmişdi, onu qorxutmaq istəyirdim. Dayım nəvəsi idi, peşmanam".
Kənd sakinləri məhkəmədə şahid qismində ifadə verərkən Y.Babayevin kənddə çay qırağında bıçaqla divarlara "Lotu Yusif", "Hamı məndən qorxsun" yazıb.
 
Məhkəmə kollegiyasının hökmü ilə Yusif Babayev 17 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasının 2 ilini həbsxana rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
 
Qeyd edək ki, hadisə 2016-cı ilin noyabr ayında Quba rayonunun Barlı kəndində baş verib. Kənd sakini, 37 yaşlı Ramiz Məmmədov qohumu, 1961-ci il təvəllüdlü Yusif Babayev tərəfindən bıçaqlanıb. O, dərhal Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Vəziyyəti ağır olan Ramiz Məmmədov əməliyyat otağına aparılarkən dünyasını dəyişib. Bıçaqlanaraq öldürülən Ramiz Məmmədov 3 uşaq atasıdır.
 
Aktual.az
Xəbər 783 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR