3 neftçinin axtarışlarına sualtı gəmi cəlb olunub

3 neftçinin axtarışlarına sualtı gəmi cəlb olunub

"Neft Daşları"nda baş verən qəza nəticəsində itkin düşmüş 3 neftçinin axtarışları ilə əlaqədar sualtı axtarışlara başlanıb.

Aktual.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə "Azneft" İstehsalat Birliyin baş mühəndisi Balamirzə Ağarəhimov məlumat verib.

B.Ağarəhimov bildirib ki, axtarışlar "Geofizika" gəmisi ilə aparılır: "Dünən başlamaq istədiyimiz axtarışlar güclü külək, suyun bulanıq olması səbəbindən effekt verməyib. Bu gün dənizin nisbətən sakitləşməsi imkan verir ki, bu axtarışları suyun altında da davam etdirək. İlk öncə axtarışlar 501 saylı, ondan sonra yaxın estakadalarda davam etdiriləcək. Bu sahədə FHN-in vertolyotları da axtarışları davam etdirir".

Xəbər 524 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR