3 nəfəri inandırıb 80 mini apardı

3 nəfəri inandırıb 80 mini apardı

Bakı şəhərində daha bir dələduzluq hadisəsi qeydə alınıb.

Aktual.az  Report-a istinadən xəbər verir ki, paytaxt sakinləri İlqar BədəlovVüqar Yusifov vəPərviz Cəfərov hüquq-mühafizə orqanlarına müraciət edərək 2015-ci ilin aprel ayında 31 yaşlıAzər Ömərovun onların etibarından sui-istifadə edərək üst-üstə 70 min ABŞ dolları və 11 min 861 manat pul aldığını bildirib.

Onlar ərizələrində qeyd ediblər ki, A.Ömərov İ.Bədəlovdan 30 min ABŞ dolları, P.Cəfərovdan 40 min ABŞ dolları, V.Yusifovdan isə 11 min 861 manat pul alıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbər 393 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR