Rəsmiyyə Həsənova 1965-ci ildə dünyaya gəlib. Keşməkeşli həyat yolu olan Rəsmiyyə xanımın 13 ildir böyrəkləri fəaliyyətini dayandırıb, hemodializ aparatına bağlı olaraq yaşayır. Həftədə 3 dəfə Sumqayıt şəhər 1 saylı klinikada dializ alır. Rəsmiyyə xanımın uzun müddətli dializ prosedurlarından keçdiyi üçün digər daxili orqanlarında - ürək və qaraciyərində problem yaranıb. Hazırda bu orqanların müalicəsi üçün təcili olaraq 3000 AZN pula ehtiyac vardır. Rəsmiyyə xanım azadqadin.az saytına ünvanladığı məktubda Allah rizası üçün xeyirxah insanların ona yardım etməsini xahiş edir. Müalicə üçün pul yığılmasa, digər orqanlar da sıradan çıxdığına görə qısa zamanda həyatını itirmək təhlükəsi var. Xahiş edirik, Rəsmiyyə xanıma yardım edərək ağrı-acılarının qismən azalmasına və həyatda qalmasına kömək edək...
Əlaqə nömrəsi: 055-323-82-67
Metrolarda, marketlərdə yerləşdirilən Milli Ön-dən də pul göndərə bilərsiniz. Bunun üçün nə etməli:
1) Menyudan "Bank xidmətləri" seçirsiniz
2) Bank respublika seçirsiniz
3) Kod bunu yazırsınız: 380194401651314901
Digər yerə isə bu rəqəmləri: 01446146
4) İrəli düyməsini vurub AZN olan yeri seçir və pulu ödəyirsiniz...
// azadqadin.az