Ramazan bayramı günlərində Bakı Beynəlxalq Avtovağzalından daşınan sərnişinlərin sayı açıqlanıb.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən verilən məlumata görə, 4-8 iyul tarixlərində Ramazan bayramı ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
İyulun 5-də 706 reyslə 18681 sərnişin, iyulun 6-da 566 reyslə 16750 sərnişin, 7 iyul tarixində isə 453 reyslə 13613 nəfər sərnişin daşınıb.
Digər günlərlə müqayisədə Avtovağzalda ən çox sərnişin sıxlığı 5 iyul tarixində müşahidə olunub.
Ümumilikdə, Bakı Beynəlxalq Avtovağzalında 3 gün ərzində 1725 reyslə 49044 sərnişin daşınması həyata keçirilib.//Azvision.az