İyunun 22-də dənizdə batmış gəncin cəsədi tapılıb.
Aktual.az Trend-ə istinadən bildirir ki, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, iyunun 22-də Bakı şəhəri, Pirallahı rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 10 km aralıda) batmış 1998-ci il təvəllüdlü İsmayıllı Fərid Ədalət oğlunun axtarışları başa çatıb. F.İsmayıllının cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən, təxminən, 10 km aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 08:30-da başa çatıb.