Təranə Səmədova: "3 dəfə qadın həmcinsim mənə sevgili olmağı təklif edib"
Prodüser Təranə Səmədova qalmaqallı açıqlaması ilə gündəmə gəlib.
Aktual.az milli.az-a istinadən xəbər verir ki,"Heç olubmu ki, qadınlar sizə sevgili olmağı təklif etsinlər?" sualına cavab olaraq prodüser big.az-a səmimi etiraf edib:
"Tam səmimi deyəcəm, olub. 3 dəfə qadın həmcinsim mənə sevgili olmağı təklif edib. Əlbəttə ki, yox demişəm. Bu cür iyrəncliklər mənə çatmır. Qadının yanında kişi, kişinin də yanında xanım olar.
Əvvəl elə təklif olanda anlamamışam. Sonra deyəndə ki, balam, qısqanıram səni, yanında kişi olmasın və ya orada sənə heç kim baxmasın, dava salaram, şoka düşmüşəm. Həmin an da o insanla əlaqəni kəsməyə çalışmışam".
// Aktual.az