Vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış şəxslərin sayı artıb.
Aktual.az Vergilər Nazirliyinə istinadən xəbər verir ki, 22 noyabr tarixinə vergi borcu olduğuna görə ölkədən çıxışına qadağa qoyulan şəxslərin sayı 449-a yüksəlib.
Halbuki 17 noyabr tarixinə açıqlanan siyahıda 420 fiziki şəxsin adı qeyd olunub. Beləliklə, 29 nəfərin də vergi borcu ödənmədiyindən onların adları siyahıya əlavə olunub.
Ölkədən çıxışına qadağa qoyulan şəxslər arasında 4 xarici vətəndaş da var.
Vergi ödəyicilərinin borcu açıqlamayıb.
Xəbər 428 dəfə oxunub.